Peskov Donbas haqqında verilən sualı cavabsız qoydu  
    
                          
     
                         13.07.2021
 
    
                         Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Donbası tərkibinə qəbul etməyə hazır olub-olmaması barədə sualı cavabsız qoyub.
DM verdiyi məlumata görə, jurnalistin "Əgər Donbas Kiyevə lazım deyilsə, Rusiya onu öz tərkibinə qəbul etməyə hazırdırmı” sualına cavab verməkdən imtina edib:
"Mən bu sualı cavabsız qoyuram”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münasibətlərinə həsr olunmuş "Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı məqalə yazıb.