05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı hakimlər avrokuboklarda

13.07.2021

 Azərbaycanlı FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

"Qafqazinfo” xəbər verir ki, o, Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Petroklub” (Moldova) – "Sileks” (Şimali Makedoniya) qarşılaşmasının baş hakimi təyin olunub.

Məsiyevə bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Qarşılaşmada dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 15-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.