Türkiyədə müalicə alan qazimiz komaya düşdü 
    
                          
     
                         13.07.2021
 
    
                         Vətən müharibəsi qazisi Yaqub Qəhrəmanlı müalicə aldığı xəstəxanada komaya düşüb.
DM xəbər verir ki, Türkiyənin "Ataşehir Mediciana” xəstəxanasında müalicə alan qazinin vəziyyəti anidən pisləşib.
Qeyd edək ki, Yaqub Qəhrəmanlı Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. O, "Cəsur döyüşçü” medalı ilə təltif olunub.