09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dini liderdən etirazlarçılara: Heç bir qələt edə bilməzlər!

10.08.2018

İranın dini lideri, ayətullah Əli Xamenei son günlər rejimə qarşı keçirilən kütləvi etirazlara, ona qarşı səsləndirilən sərt şüarlara ilk dəfə reaksiya verib.
"Dövran Media" xəbər verir ki, ali dini lider xaricdə yaşayan bir qrup mədəni fəalla görüşərək, ölkənin mövcud durumundan danışıb. Görüşə qatılan fəallardan biri ölkənin gələcəyindən və baş verən son olaylardan ciddi nigaran qaldıqlarını bildirib. Görüşdə ölkənin mövcud durumuna toxunan, son etirazlara eyham vuran Xamenei deyib ki, heç kəs rejimin sabahından nigaran qalmamalıdır:
"Ölkə sərhədlərindən kənarda yaşayan və fəaliyyət aparan inqilab tərəfdarları bizim hazırkı şərait və durumumuzdan narahat olmamalıdır. Onlar əmin olsunlar ki, heç kəs heç bir qələt edə bilməz. Bunda heç bir şübhəniz olmasın və bunu hamıya deyin”.
Xatırladaq ki, iyulun 31-də İranın ən azı 7 şəhərində ölkənin ağır iqtisadi durumuna, milli valyutanın dollar qarşısında dəyərini kəskin itirməsinə, işsizliyə, bahalığa, inflyasiyaya və ölkə rəsmilərinin səriştəsizliyinə qarşı ölkənin 15 şəhərində kütləvi etirazlar keçirilib.
1 nəfərin ölümü, onlarla insanın yaralanması və 100-dən çox etirazçının həbsi ilə nəticələnən kütləvi etirazlar, hazırda müvəqqəti olaraq dayandırılıb.