28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cahid Bağcı Gəncədə səfərdədir

12.07.2021

 Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Gəncəyə səfər edib.

DM xəbər verir ki, C.Bağçı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Səfir ilk olaraq şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri qoyub.

Daha sonra səfirlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında görüşünün keçirilməsi planlaşdırılır. 

Səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının Şəhidlər Xiyabanı və Gəncədə Ermənistanın raket hücumları səbəbindən dağıntılara məruz qalan əraziləri ilə yerində tanış olması planlaşdırılır.

Qeyd edək ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün "Twitter” hesabında da məlumat paylaşıb.