06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hikmət Hacıyev Türkiyə səfiri ilə Şuşada çörək kəsdi

10.07.2021

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə Şuşada çörək kəsib.

Bu barədə Baku TV süjet təqdim edib.

Şuşaya səfər edən diplomatlar Şuşa çörəyinin əvəzsiz, özünəməxsus dadı olduğunu deyib.

Səfir Cahit Bağçının sözlərinə görə, çörəkdən Qafqaz qoxusu gəlir:

"Qarabağın buğdası, suyu bir başqadır. Şükür ki, Azərbaycan xalqı bu günü gördük. Türklərdə çörək kəsmək ənənəsi var. Bu gün Hikmət Hacıyevlə birlikdə bu ənənəni Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada gerçəkləşdirdik. Şuşa çörəyi varsa, ətə gərək yoxdur”.