06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN-in rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

09.07.2021

 9 iyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib. 

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib və məzarı önünə əklil qoyublar.

Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına tər çiçəklər düzülüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.