06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heyvansevərlərin çoxdan gözlədiyi qərar qəbul edildi

09.07.2021

 Heyvansevərlərin uzun müddətdir gözlədikləri "Heyvan Hüquqları Layihəsi" Türkiyədə Milli Məclisin Baş İclasında qəbul edilib.

DM xəbər verir ki, bu qərara görə, heyvanlara işgəncə vermək və onları küçəyə atmaq, həmçinin, pişik və itlərin heyvan mağazalarında saxlanması qadağandır.

Qanun heyvanları "əşya" və ya "mal" olaraq deyil, bir "canlı" kimi qorumaq məqsədi daşıyır. 

Nəsli kəsilməkdə olan bir heyvanı öldürənlər 1 ildən 5 ilədək, onları məhv edənlər isə 5 ildən 10 ilədək həbs cəzasına məhkum ediləcək.

Bundan əlavə, ev heyvanını öldürənlər 6 aydan 4 ilədək, heyvanlara işgəncə verənlər isə 6 aydan 3 ilə qədər həbs olunacaq. Heyvanları bir-biri ilə məcbur dalaşdıranları 3 aydan iki ilə qədər həbs cəzası gözləyir. 

Təhlükəli növ heyvanların alınması və evcilləşdirilməsi qadağandır.