09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ölkədə meşə yanğınlarına görə HƏBSLƏR BAŞLADI

09.08.2018

Biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın törətdiklərinə görə 15 nəfər inzibati qaydada həbs edilib, 17 nəfər barəsində isə inzibati xəta haqqında protokol tərtib olunub.
"Dövran Media" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Məlumatda bildirilib ki, bu istiqamətdə qabaqlayıcı profilakitiki tədbirlər davam etdirilir.
Respublika ərazisindəki biçilmiş əkin sahələrində, meşələrdə və yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yanğın təhlükəsinin qarşısının alınması məqsədilə aidiyyəti təşkilatlarla birgə bir sıra zəruri qabaqlayıcı tədbirlər həyata keçirilib, əhali arasında, fermer və digər torpaq mülkiyətçiləri ilə mütəmadi olaraq izahat işləri aparılıb.
Xüsusən taxıl biçimindən sonra kövşənlərin yandırılmasının yolverilməzliyi barədə onlar xəbərdar ediliblər.