04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden qoşunlarının Əfqanıstandan çıxacağı vaxtı açıqladı

09.07.2021

 Amerika prezidenti Co Bayden söz verib ki, "başqa bir nəsil amerikalı" nı Əfqanıstandakı müharibəyə göndərməyəcək. 

DM qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstanda olan hərbi qüvvələri bu ilin 31 avqustunda oradan çıxarılacaq. 

Qeyd edək ki, bu barədə prezident Bayden Ağ Evdən açıqlama verib:

"Əfqanıstandakı hərbi missiyamız 31 avqustda sona çatacaq. Biz Əfqanıstana dövlət qurmaq üçün getmədik. Gələcəyinə və ölkələrini necə idarə etmək istədiklərinə qərar vermək yalnız Əfqan xalqının haqqı və məsuliyyətidir".

Bildirilir ki, ABŞ qoşunlarının əsas hissəsi keçən həftə Baqram hava limanından geri qayıdıb. Beləliklə, onların geri çəkilməsi artıq 90% tamamlanıb. Son hissə isə avqust ayının son günü Əfqanıstanı tərk edəcək. 

Prezident onu da deyib ki, Əfqanıstandakı müharibədə 2 448 amerikalı öldürülüb. Yaralanan əsgərlərin sayı isə 20 722 nəfərdir.