08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampdan Quantanamo həbsxanası ilə bağlı QƏRAR + VİDEO

31.01.2018

Kubada yerləşən Quantanamo həbsxanasında məhbusların sayı artırıla bilər.
Bu barədə ABŞ Prezidenti Donald Trampın imzaladığı sənəddə bildirilir.
"Birləşmiş Ştatlar ölkənin təhlükəsizlik üzrə qanuni maraqları çərçivəsində yeni həbs olunan məhbusları Quantanamo körfəzində yerləşən Hərbi Dəniz Qüvvələrinin bazasına gətirə bilər”, - deyə sənəddə qeyd olunur. Tramp, həmçinin konqres qarşısında "Ölkədə vəziyyət barədə” illik çıxışı zamanı öz sələfi Barak Obamanın Quantanamonun bağlanılması barədə fərmanını ləğv edəcəyini bildirib.
ABŞ-ın Kubada yerləşən hərbi bazasında xüsusi həbsxana 2001-ci il 11 sentyabr terror aktlarından sonra yaradılıb. Hüquq müdafiəçiləri məhbusların hüquqlarının kobud şəkildə pozulması, işgəncələr, mənəvi və fiziki təhqirlər, dini inanclara hörmətsizlik, həmçinin ittiham irəli sürülmədən insanları azadlıqdan məhrum etmə faktlarına görə Corc Buş (oğul) administrasiyasını sərt tənqid edirdilər.
Quantanamo həbsxanasının ləğvi Obamanın 2008-ci ildəki ilk seçki kampaniyasının əsas vədlərindən biri idi. Donald Tramp isə öz növbəsində seçkilərdəki qələbəsindən öncə - 2016-cı ilin noyabrında həbsxananın bağlanılmasına qarşı çıxmışdı.
Qeyd edək ki, 2017-ci ilin avqust ayınadək Quantanamo həbsxanasında 41 məhbus vardı.
DM