04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yəhudilər yenidən Məscid Əl-Əqsaya girdilər

08.07.2021

 İsrail polisinin müşayiəti ilə onlarla fanatik Yəhudi işğal altında olan Şərqi Qüdsə gəlib.  

DM xarici mediaya istinadən xəbər verir ki, onlar Məscid Əl-Əqsanın Harami-Şərif adlanan bölməsində olublar.  

Qüdsün İslam Vəqfləri İdarəsi (İVİ), İsrail polisinin himayəsində olan 122 fanatik Yəhudinin Məscid Əl-Əqsanın cənub-qərbində yerləşən Əl-Məqarib qapısından Harami-Şərif-ə basqın etdiyini açıqlayıb. 

Xəbər verilir ki, İsrail polisinin qoruması altında olan Yəhudi qrupu, məscidin həyətlərində gəzdikdən sonra Məscid Əl-Əqsanı tərk etdi. 

İVİ-dən bildirilib ki, Yəhudilərin səhər və günortadan sonra Hərəm-i Şərifə  gəlməsi tərəflərindən basqın olaraq qiymətləndirilir və bu kimi təxribatlar bölgədə gərginliyin artmasına səbəb olur.