21 09 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə universitetlərinə bu qayda ilə qəbul dayandırılır

08.07.2021

Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlıq münasibətləri genişləndirilir.

DM-in xəbərinə görə, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil əməkdaşlığına dair "Anlaşma Memorandumu"nun 5-ci bəndinə əsasən, Azərbaycan vətəndaşlarının Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tək sertifikatla qəbul edilməsinin dayandırılması təşviq ediləcək.

Türkiyə Ali Təhsil Şurasının rəsmi internet səhifəsinin "YÖK Lisans Atlası” bölməsində Azərbaycan ali təhsil müəssisələrinin sayının artırılması istiqamətində görüşlər keçiriləcək.

Bu işlərin həyata keçirilməsi isə Azərbaycan tərəfdən Təhsil Nazirliyinə, Türkiyə tərəfdən isə Ali Təhsil Şurasına tapşırılıb.