01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfsanəvi bakılı rejissor son mənzilə alqışlarla yola salındı

08.07.2021

Əfsanəvi bakılı rejissor Vladimir Menşov son mənzilə gurultulu alqışlarla yola salınıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Kadrlardan görünür ki, kinematoqrafçının tabutu binadan çıxarılarkən pərəstişkarları onu uzun müddət alqışlayırlar.

Xatırladaq ki, Vladimir Menşov iyulun 5-də koronavirusdan vəfat edib. Onun xanımı hazırda reanimasiyada yatır.

Bakıda dünyaya göz açan Vladimir Menşov Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatı idi. Məşhur rejissor həmçinin "Moskva göz yaşlarına inanmır” filminə görə "xarici dildə ən yaxşı film” nominasiyası üzrə "Oskar” mükafatına layiq görülmüşdü.

Məşhur rejissor Novodeviçy qəbiristanlığında dəfn ediləcək.