01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NASA-nın kamerasında yad cisimlər

08.07.2021

 NASA-nın Beynəlxalq Kosmik Stansiyasının (BKS) canlı yayımında olan görüntülər müzakirələrə səbəb olub. 

DM xəbər verir ki, diqqət çəkən görüntüdə ən azı 10 naməlum obyekt hərəkət edir. 

Yer planetindən başqa digər qalaktikalarda yaşamın olub-olmaması hələ də gündəmdə qalan məsələlərdəndir. Lakin hələ kainatda tək olmadığımız haqqında heç bir rəsmi fakt yoxdur. Ancaq NASA-nın canlı yayımında görünən yad cisimlər yenidən bu mövzunu gündəmə gətirib. 

ABŞ isə son həftələrdə dünyanın səbirsizliklə gözlədiyi UFO-lar haqqında hesabatını yayımlayıb. Hesabatı hazırlamaq üçün ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Donanma pilotları tərəfindən 20 il ərzində bildirilən 140-dan çox məlumatı araşdırıb. 

Məlumata görə, Amerika kəşfiyyatı səlahiyyətliləri Donanma pilotlarının gördüyü cisimlərin  yadplanetlilər olduğuna inanmırlar. Ancaq bu uçan cisimlərin də nə olduğunu izah edə bilmirlər.