01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda beynəlxalq müdafiə sərgisi keçiriləcək

08.07.2021

 2022-ci ildə Azərbaycanda "ADEX-2022” beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək.

DM-in "Expoclub”a istinadən verdiyi məlumata əsasən, sərgi 6-8 sentyabr 2022-ci il tarixlərində baş tutacaq.

Belə ki, sərgidə 44 Türkiyə şirkətinin iştirakı gözlənilir. Həmçinin, sərgidə İsrail və Rusiyadan 14 şirkətin də iştirakı təmin ediləcək. Sərgidə "Aselsan”, "CETC”, "Damen”, "MBDA”, "Norinco”, IAI, "Roketsan”, "Rosoboronexport”, "Thales” və başqa tanınmış şirkətlərin hərbi texnikalarının nümayiş etdirilməsi gözlənilir. 

Qeyd edilib ki, sərgi "Baku Expo Mərkəzi”ndə təşkil ediləcək. Bildirilib ki, sərgi hərbi müdafiə komplekslərinin müxtəlif sahələr üzrə müasir müdafiə texnologiyaları və nümunələri, dünya silah bazarına ixracı təklif olunan hərbi texnikanın son inkişafı ilə tanış olmaq imkanı yaradır.

Sərginin keçirilməsində məqsəd hərbi-texniki əməkdaşlığın gücləndirilməsi, xarici tərəfdaşlıq dairəsini genişləndirmək, Azərbaycan və xarici hərbi texnika istehsalçılarının son nailiyyətlərinin nümayişi, dünyanın hər yerindən hərbi texnika istehsalçıları və müştəriləri arasında işgüzar əlaqələrin inkişafı, Azərbaycanın müdafiə sənayesinin nailiyyətlərinin və potensialının yerli və beynəlxalq ictimaiyyətə nümayişini təşkil edir.