05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız gedə bilər

08.07.2021

 "Henley & Partners” Pasportlar İndeksi ilə bağlı yeni məlumatlar dərc edib.

Təşkilatın saytında bildirilir ki, Yaponiya Pasport İndeksində 1-ci yeri tutur.

Bu ölkənin vətəndaşları dünyanın 193 nöqtəsinə vizasız gedə bilər. Sinqapur (192 ölkə) ikinci, Cənubi Koreya və Almaniya (hər ikisi 191 ölkə) isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycan isə Pasportlar İndeksində 86-cı yerdə qərarlaşıb. Respublika vətəndaşları dünyanın 68 ölkəsinə vizasız ziyarət edə bilərlər.

Reytinqdə sonuncu - 109-cu yeri Əfqanıstan tutur. Bu ölkənin vətəndaşları dünyanın cəmi 26 ölkəsinə vizasız səfər edə bilər.