25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tramp “Google”, “Twitter” və “Facebook”u məhkəməyə verir

08.07.2021

 ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin texnoloji nəhənglərinə qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.

TASS xəbər verir ki, siyasətçi bu barədə Bedminister şəhərindəki çıxışı zamanı bildirib.

Tramp bəyan edib ki, məhkəməyə verdiyi şirkətlər arasında "Google”, "Twitter” və "Facebook” da var. Keçmiş dövlət başçısı adıçəkilən şirkətləri qeyri-qanuni senzurada ittiham edir.

Qeyd edək ki, prezidentliyinin son həftələrində, tərəfdarlarının Konqresə hücumundan sonra Trampın sosial şəbəkə hesabları bloklanıb.