09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Zephyr” 26 sutka havada qalaraq dünya rekordunu yeniləyib

09.08.2018

"Airbus Defense & Space” kompaniyasının "Zephyr” pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasının ilk sınaq uçuşu havada qalma müddətinə görə yeni dünya rekordu ilə yekunlaşıb.
TASS informasiya agentliyi xəbər verir ki, kompaniyanın saytında dərc olunmuş press-relizə əsasən, pilotsuz uçuş aparatı 26 sutkadan 3 dəqiqə az bir müddət ərzində havada qalıb.
Sınaqların bu aparatı hamıdan əvvəl silahlanmaya qəbul etməyi planlaşdıran Böyük Britaniyanın dəstəyi ilə həyata keçirildiyi bildirilir. "Zephyr” növbəti dəfə bu ilin sonunda Avstraliyanın qərbində havaya qalxmalıdır.
Qeyd edək ki, uçuş müddətinə görə bundan əvvəlki rekord da 14 sutka havada qalan "Zephyr” tərəfindən müəyyən olunmuşdu. Aparat günəş panellərindən qidalanan mühərriklə təchiz edilib.