Saytlarda qeydə alınan əsas dil pozuntuları AÇIQLANDI  
    
                          
     
                         07.07.2021
 
    
                         Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən saytların monitorinqi yekunlaşıb.
DM-in məlumatına görə, saytların monitorinqi ilə bağlı hesabata əsasən, qeydə alınmış 5500 dil faktından 3976-sı hesabata daxil edilib. Onlardan 1676-sı orfoqrafik (42%) , 488-i leksik (12%), 872-si qrammatik (22%), 940-ı isə üslubi (24%) səviyyədə pozulmanın göstəricisidir.