05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məktəb direktorları hesabat verir

07.07.2021

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəb direktorlarının beş illik hesabatı dinlənilir və müvafiq dövrü əhatə edən fəaliyyət təhlil olunur.

İdarədən bildirilib ki, dinlənilmədə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak edirlər.

Hesabatların keçirilməsində əsas məqsəd beş il ərzində məktəb direktorunun ümumi fəaliyyətini dəyərləndirmək, məktəbin inkişaf dinamikasını təhlil etmək, təhsil müəssisələri rəhbərlərinin növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edilən məsələlərlə bağlı müvafiq tövsiyələr verilir, direktorları maraqlandıran suallar cavablandırılır və qarşılıqlı fikir mübadiləsi aparılır.