05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş prokuror Rusiyaya getdi

07.07.2021

 Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Sankt- Peterburq şəhərinə səfərə gedib.

Baş Prokurorluqdan verilən məlumata görə, səfər zamanı Kamran Əliyev Rusiyanın Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edəcək.

Azərbaycanın Baş prokurorunun "Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda keçirilən konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi nəzərdə tutulur.