06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadaki təyyarə qəzasında doqquz cəsəd tapılıb

07.07.2021

 Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən doqquzunun cəsədi tapılıb.

Bu barədə TASS təcili yardım xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün genetik müayinəyə ehtiyac olacaq.

Hazırda axtarış işləri davam edir.

O da vurğulanıb ki, xilasedicilər və könüllülər cəsədləri dənizdə qabarma başlayana kimi axtaracaqlar.

"Hazırda çəkilmədir, biz cəsədlərin dənizə sürüklənəcəyindən narahatıq. Buna görə axtarışa dalğıc xidmətinin cəlb edilməsi qərara alınıb”, - deyə diyar hökumətinin sədr müavini Serqey Mironov bildirib.

Məlumata görə, təyyarənin qalıqlarını və ölənlərin cəsədlərinin axtarılması üçün qəza yerinə iki helikopter göndərilib. Əlavə olaraq axtarışda quru xilasetmə qüvvələri və könüllülər iştirak edir.

Xatırladaq ki, iyulun 6-da Rusiyada An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin qalıqları Palan qəsəbəsi ərazisində tapılıb. Təyyarədəki 22 sərnişin və altı heyət üzvü arasında sağ qalan olmadığı bildirilir. Faciə ilə əlaqədar Kamçatkada üç günlük matəm elan edilib.