06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı fotoqrafların beynəlxalq müsabiqədəki uğurları

07.07.2021

 "Gilavar” Azərbaycan Foto Klubun təşkilatı dəstəyi ilə keçirilən daha bir beynəlxalq foto müsabiqəsində 11 azərbaycanlı fotoqraf mükafatlandırılıb.

Bu barədə  "Gilavar” Azərbaycan Foto Klubu məlumat verib. 

O bildirib ki, "Azerbaijan Photo Salon 2021” adlı müsabiqəyə dünyanın 75 ölkəsindən 519 fotoqraf tərəfindən 7 300 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, İtaliya və Hindistandan olan üç nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma "Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca yeddinci beynəlxalq foto müsabiqədir:

"Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 38 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov gümüş medal və fəxri lent, Roman İsmayılov, Orxan Əzimov, Valeriy Xlızov, Aleksandr Firstov, Fərqanə Qasımlı fəxri lent, Nurlan Tahirli və Rüstəm Məhərrəmov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 11 mükafat əldə olunub”.

Qeyd edək ki, "Gilavar” Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son dörd ildə beynəlxalq foto müsabiqələrdə iştirak edən fotoqrafların, eləcə də qazanılan mükafatların sayı artır.