06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Universiteti 11 yaşında bitirən uşaq

06.07.2021

 Belçikalı Laurent Saymons adlı 11 yaşlı oğlan, Antverp Universitetinin 3 illik fizika fakültəsini 1 ildə, ən yaxşı dərəcə ilə bitirib.

DM xarici mənbəyə istinadən xəbər verir ki, Antverp Universiteti Saymonsun 2020-ci ilin martından bəri bakalavr dərəcəsi almaq üçün bütün tələbələri geridə qoyaraq fizika üzrə təhsil aldığını açıqlayıb. 

Üç illik universiteti bir ildə bitirən L.Saymons Belçika mətbuatına danışarkən bildirib ki, onun məqsədi ölməzlikdir: "Hədəfim ölməzlikdir. Bədənin mümkün qədər çox hissəsini mexaniki vasitələrlə əvəz etmək istəyirəm. Bunun üçün bir yol hazırlamışam. Bunun üçün ilk detal kvant fizikasıdır”. 

"Dahi uşaq” ləqəbli Saymons hədəfinə çatmaq üçün dünyanın ən yaxşı professorları ilə çalışmaq istədiyini və insan beyninin necə düşündüyünü görmək arzusundadır: "İnsanların beyninin içinə baxıb nə düşündüklərini öyrənmək istəyirəm".