06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Emin Əmurullayevdən AÇIQLAMA

06.07.2021

 Bu gün aldığınız təhsil gələcəkdə sizə səhiyyə sahəsində böyük uğurlar qazanmağınıza təkan verəcək. 

Bu sözləri təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bu zalda əyləşən tələbələr İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ilk məzunlarıdır:

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə, vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə 6 il əvvəl açılan bu universitet sizin həyatınızda unudulmaz olacaq. Siz bu 6 ildə birlikdə təhsil aldınız və bir-birinizə dəstək oldunuz. 

2020-ci il pandemiya dövrünə təsadüf etdi ki, siz bu çətin zamanlardan da keçdiniz. Eyni zamanda Vətən müharibəsi də eyni ilə təsadüf etdi. Bir çox universitetlərin tələbələri könüllü olaraq xəstəxanalarda tibb işçilərinə, eləcə də pasiyentlərə xidmət göstərmək üçün müraciət etmişdilər. Bu həm pandemiya ilə mübarizəyə ayrılan koronavirus xəstəxanalarında, həm də Vətən müharibəsində yaralanan qazilərimizin müalicə aldığı tibb müəssisələrində müşahidə edilib. Bu çox sevindirici haldır. Gənc kadrların peşələrinə olan məsuliyyətini və sevgisini yüksək qiymətləndirirəm”.