06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfər Mehdiyev iranlı həmkarı ilə görüşdü

06.07.2021

 İyulun 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İran İslam Respublikasının Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi ilə onlayn formatda görüşüb.

DM xəbər verir ki, komitə sədri iki ölkə arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, gömrük orqanlarının da qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Səfər Mehdiyev sərhədkeçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının genişləndiriməsi istiqamətində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. DGK sədri, xüsusilə pandemiya dövründə, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.
İran İslam Respublikasının Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi iki ölkə arasındakı tarixi-mədəni əlaqələrdən, sosial-iqtisadi sahədəki işgüzar münasibətlərdən danışıb, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində gömrük orqanlarının rolunu xüsusi vurğulayıb. Mehdi Mirəşrəfi bildirib ki, tranzit yüklərin daşınması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artmasına, regional inkişafa mühüm töhfə verə bilər və bu istiqamətdə gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlərlə bağlı müzakirələr aparılıb.
 
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi