24 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Fransa Azərbaycanın 15 ermənini azad etməsini alqışlayır

06.07.2021

 Fransa Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini, Ermənistan tərəfindən Füzuli və Zəngilan rayonlarının mina xəritələrini təhvil verməsini alqışlayır.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.

Səfirlikdən bildirilib ki, sözügedən proses bölgədə gərginliyi azaltmaq üçün yeni vacib jestdir və tərəflər arasında etimadın bərpasına xidmət edir.

"ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Fransa öz tərəfdaşları ilə birlikdə bu müsbət dinamikanın davam etdirilməsinə çağırış edir və tərəflərlə birlikdə Cənubi Qafqazda davamlı sülh quruculuğu işinə sadiq qalır”, - deyə səfirlikdən bildirilir.