09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni millətçiliyi parçalanır - Politoloq

09.08.2018

"Bu günə qədər vahid cəbhədən çıxış edən erməni millətçiləri indi üz-üzədir”
Ermənistanda daxili gərginlik və qarşıdurmanın davam etməsi fonunda yeni ziddiyyət və problemlər meydana çıxmaqdadır. Hansı ki, bu problemlərin də öz növbəsində yeni gərginliklərə səbəb olacağı şübhəsizdir.
Bu szöləri politoloq Rasim Ağayev açıqlamasında deytib.
"Ermənistanda klanlararası mübarizə kifayət qədər ciddidir. Ermənistan Qarabağ klanı tərəfindən idarə olunub. Təsəvvür edin ki, Rusiyada yaşayan ermənilər Ermənistanı idarə eləsin. Bu, Ermənistan tərəfindən necə bəyənilə bilər ki?
Biz bu günə qədər bir cəbhə kimi çxış edən erməni millətçiliyi parçalanmağının şahidi oluruq. Dünənə qədər bütöv olan bu qüvvələr indi üz-üzədir. Bu parçalanma nəyə gətirəcək, ermənilər bunu necə həll etməyə çalışacaqlar, bu, başqa məsələdir. Lakin belə bir parçalanmanın getdiyi göz önündədir və bu, yeni problemlərdən, qarşıdurmalardan xəbər verir”.