25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Paşinyanın partiyadaşı ortalığı qarışdırdı

06.07.2021

 Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi” Partiyasının siyahısı üzrə deputat seçilən Vaqe Qalumyan ortalığı qarışdırıb. 

DM xəbər verir ki, o, sərhədlərinin delimitaziyasi və demarkaziyasından danışarkən Birinci Qarabağ müharibəsi zamanı işğal edilən və Ermənistana birləşdirilən yaşayış məntəqələrində onsuz da heç kimin yaşamadığını bildirib. Qalumyan qeyd edib ki, həmin yaşayış məntəqələri Birinci Qarabağ müharibəsi zamanı dağıdılıb. Deputat bununla həmin kəndlərin Azərbaycana verilməsinə etiraz edilməsinin lüzümsuz olduğuna işarə edib. 

Vaqe Qalumyanın bu fikirləri Ermənistan ictimai-siyasi mühitində müzakirələrə səbəb olub. Deputat sosial şəbəkələrdə tənqid və təqhirlərə məruz qalıb. İş o yerə çatıb ki, Vaqe Qalumyan "Facebook”da şərh bölməsini bağlamağa məcbur olub. 

Erməni mediası yazır ki, Vaqe Qalumyan şərh bölməsini bağlamaqla yanaşı, onu təhqir edənlərə ağır ifadələrlər zəngin mesajlar göndərib.   

Vaqe Qalumyan Ermənistanın Tavuş bölgəsinin qubernatoru Ayka Qalumyanın qardaşıdır.