01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mikayıl Cabbarov onlarla görüşdü

05.07.2021

 İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın "Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev, "KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Alik Aidarbayev və həmkarları ilə görüşüb.

Nazirlikdən verilən məlumata əsasən, görüşdə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti barədə məlumat verən nazir Mikayıl Cabbarov "Samruk-Kazyna” SC ilə kooperativ idarəetmə sahəsində təcrübə mübadiləsinin, iqtisadiyyata özəl investisiyaların cəlb edilməsinin, portfel şirkətlərin rəqəmsal transformasiyasının əhəmiyyətini diqqətə çatdırıb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika, neft-qaz sahəsində əməkdaşlıq, birgə layihələrin icrası məsələləri müzakirə edilib.