01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirdən işəgötürənlərə ÇAĞIRIŞ

05.07.2021

 İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri Məşğulluq Marafonunda iştirak etməyə çağırıb.

DM-in məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında yazıb.

"Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadəti ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Azərbaycan böyük Zəfər qazandı. Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə Məşğulluq Marafonu keçirilir. Sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri bu humanist təşəbbüsdə fəal iştiraka çağırıram”, - deyə nazir qeyd edib.