29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sumqayıt sakinləri susuz qalıb

05.07.2021

 Sumqayıtda "Yaşıldərə” adlandırılan yaşayış massivində Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçənin (Xıdırlı məktəbinin yolunda) sakinləri artıq 20-günə yaxındır ki, susuzluqdan əziyyət çəkir. 

Bu barədə həmin massivin sakinləri məlumat veriblər.

Onlar bildirirlər ki, qızmar yay günləri içməli su üzünə belə həsrət qalıblar: "Sakinlər məcbur olub hər gün suyu su gələn qonşu məhəllələrdən vedrələrlə, qablarla əl ilə daşıyırlar”.

"Yaşıldərə” sakinləri deyir ki, neçə vaxtdır hər yay bu əziyyətlə qarşılaşırlar: "Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür və ya nə səbəbdənsə onlara su gəlmir”.

Onlar problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt şəhər Bələdiyyəsinə, yerli icra orqanlarına müraciət etsələr də, şikayətləri həllini tapmır. Sakinlər deyir ki, bütün cəhdlərinə baxmayaraq, heç bir tədbir görülmür, yalnız vədlər verilir.

Onlar media vasitəsi ilə aidiyyatı qurumlara, məsul şəxslərə müraciət edərək, su probleminin həll ilə bağlı tədbir görülməsini istəyirlər.