29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan idmançılarının Tokioya gedəcəyi vaxt bilindi

05.07.2021

 Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularımızın Yaponiyaya səfər vaxtı məlum olub.

DM-in əldə etdiyi məlumata görə, cüdo millimiz iki qrup şəklində səfərə yollanacaq.

Millimizin ilk heyəti iyulun 14-ü Bakı-İstanbul-Tokio reysiylə uçacaq. Ağır çəkili cüdoçularımız isə bundan dörd gün sonra yola düşəcək.

İyulun 1-dən Xorvatiyanın Poreç şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən komandamız ayın 8-də Bakıya qayıdacaq və Tokioya son hazırlıqlarını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, Olimpiadada Azərbaycanı kişilərdə Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerskaya (+78 kq) təmsil edəcək.

Xatırladaq ki, Tokio Olimpiadasında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.