29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Filippindəki təyyarə qəzasında qurbanlarının sayı artır

05.07.2021

 Filippində C-130 "Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin sayı 50-yə çatıb.

Bu barədə "Associated Press” hərbi rəsmilərə istinadən xəbər verib.

Təyyarə Sulu əyalətində Holo adasına enərkən qəzaya uğrayıb. İlkin məlumata görə, eniş zamanı təyyarə uçuş zolağından kənara çıxıb.

Ümumilikdə göyərtədə 96 nəfər, o cümlədən üç pilot və beş heyət üzvü olub. Bundan əvvəl 45 nəfərin öldüyü və beş nəfərin itkin düşdüyü xəbər verilmişdi.

Bildirilir ki, bu hadisə Filippin Hava Qüvvələri tarixində ən böyük fəlakətdi.