28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rövşən Əkbərovun məhkəməyə çixacağı gün AÇIQLANDI

05.07.2021

 Həbsdə olan sabiq birlik komandiri, general Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub.

DM xəbər verir ki, Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq ötən həftə yekunlaşdırılıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Həbib Həsənovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.