29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı beynəlxalq hakim adına layiq görüldü

05.07.2021

 Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.

DM xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan verib.

Nəticədə Azərbaycanlı hakim Akif Tahirov beynəlxalq dərəcəli hakim adına layiq görülüb. Referi seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıb.

Namizədlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.

Hakimimiz Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.