03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SOCAR-dan Xəzərdəki partlayışla bağlı yeni AÇIQLAMA

05.07.2021

 "İyulun 4-də axşam saatlarında Xəzər dənizi istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib”.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir:

"Bununla belə, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib. Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 kilometr məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb”.

Qeyd edilib ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.