09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Bakıdan Naxçıvana uçan təyyarə təcili eniş etdi

04.07.2021

 Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

"Azərbaycan Hava Yolları" QSC-dən verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.