02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Danimarkanın xüsusi azarkeşləri Bakıya gətirildi

02.07.2021

 Futbol üzrə Danimarka millisinin 50 xüsusi azarkeşi Bakıya gətirilib.

DM xəbər verir ki, "ForDanmark” ("Danimarka üçün”) adlandırılan fan-klubun 50 üzvü özlərini millinin son oyunları zamanı loyal aparıb.

Danimarka Futbol Birliyi (DFB) məhz bu keyfiyyətlərinə görə sabah Bakıda keçiriləcək matç üçün onların bilet və səfər xərclərini qarşılamaq qərarına gəlib. DFB rəsmilərinin, futbolçuların dünən Bakıya gəldiyi təyyarədə həmin bu seçilmiş 50 azarkeş də olub.

Danimarka millisinin və İspaniyanın "Barselona” klubunun hücumçusu Martin Breytveyt bu barədə danışıb:

"Biz fanatların dəstəyini çox dəyərləndiririk. Onların Bakıya sadəcə ekskursiyaya gedəcəyini gözləmirik. Biz onların vasitəsilə azarkeş ab-havasını hiss edə bilərik. Dəstəyinizə görə çox təşəkkür edirəm”.

Aşağıdakı videoda Danimarka millisinin oyunçularından Yoakim Mehle, Matias Yorqensen və Martin Breytveytin millinin altı çılğın azarkeşinə şəxsən zəng vurub Bakıdakı oyunda dəvət etdiyi və onları sevindirdiyi görünür:

Qeyd edək ki, 1/4 final mərhələsinin Çexiya – Danimarka görüşü sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.