06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təcili tibbi yardım briqadalarının gecikmə səbəbləri nələrdir?

01.07.2021

 "Bəzən bizə müraciət edirlər ki, təcili tibbi yardım birqadalarının sayı azdır. Amma qeyd edim ki, təcili tibbi yardım briqadaları əhalinin sayına uyğun təyin edilir”.

DM xəbər verir ki, bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabındakı canlı yayımında çıxışı zamanı deyib.

O bildirib ki, yay mövsümü başlayanda əhalinin çoxu yay mövsümü zonalarına, o cümlədən Bakı kəndlərinə köçürlər:

"İlin başqa vaxtlarında təcili tibbi yardıma müraciətlər və xidmət normal olsa da, yay aylarında həmin zonalarda əhalinin çox olması səbəbindən təcili yardım briqadalarında gecikmələr yaranır. Bundan başqa Bakı kəndlərinin əksəriyyətində çimərliklər mövcuddur və hər gün insanlar çimərliyə gedir. Müraciətlər arasında çimərlikdən gələn çağırışlar da çox olduğu üçün gecikmələr olur. Maksimum çalışırıq ki, gecikmələrə yol verməyək. 

Təcili tibbi yardıma daxil olan müraciətləri hər zaman olduğu kimi çeşidləmə ilə gedirik. Məsələn, çimərlikdən boğulma və ya ağır günvurma ilə bağlı çağırışları qoyub, digər yüngül müraciətlərə briqada göndərə bilmərik. Yüngül çağırışlar gözləmə mövqeyində durur, briqadalar azad olduqca digər çağırışlara da yönləndiririk”.