07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazilər Yasamal İH-də vəzifəyə təyin edildi

01.07.2021

 Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun müvafiq əmri ilə Vətən müharibəsinin qaziləri işə qəbul edilib.

DM xəbər verir ki, qazilər Yasamal rayon İcra Hakimiyyəti aparatı strukturunda yaradılan "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə” təyinat alıblar.

Şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı Samir Ismiyev təyin edilib. Samir Ismiyev Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Murov dağ silsiləsində Ömər yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Hərbi rütbəsi polkovnik-leytenantdır.

Digər Vətən müharibəsi iştirakçısı Tural Əsgərov isə şöbəyə böyük məsləhətçi təyin edilib. Tural Əsgərov 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatlımış və Füzuli, Cəbayıl və Xocavənd rayonlarının erməni işğalçılarından azad edilməsində iştirak edib.