25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İtaliya qoşunlarını Əfqanıstandan çıxardı

30.06.2021

 İtaliya Əfqanıstandakı hərbi kontingentini çıxarmaq mərhələsini baş çatdırıb.

DM "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Lorenso Querini məlumat verib.

O bildirib ki, iyunun 29-da axşam saatlarında İtaliyanın Əfqanıstandakı missiyası başa çatıb.

L.Querini vurğulayıb ki, beynəlxalq ictimaiyyət, o cümlədən İtaliya hərbçilərinin missiyası başa çatsa da, Əfqanıstanla əlaqələr başqa formada, xüsusilə əməkdaşlıq və respublika institutlarının dəstəklənməsi davam edəcək.

İtaliyanın hərbi kontingenti Əfqanıstana 2003-cü ildən NATO çərçivəsində yerləşdirilmişdi. Son zamanlar İtaliya hərbçilərinin sayı 800-ə yaxın olub.