04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mehman Nəbiyev: “Plastik məhsullar ucuz qiymətə və sürətlə yayılır”

30.06.2021

 Qadağan olunan birdəfəlik plastik qablardan imtina və alternativlərdən istifadə mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində iri marketlər şəbəkələri ilə görüş keçirilib.

DM xəbər verir ki, görüşdə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı, idxalı, satışının qadağan edilməsi və qadağan olunan birdəfəlik plastikləri əvəz edən alternativlərdən istifadənin genişləndirilməsi ilə bağlı mövcud vəziyyət müzakirə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, plastik məhsullar ucuz qiymətə və sürətlə yayılır:

"Onlar bazarda qalanda digər alternativlərin bazara girişi məhdudlaşır. Ölkəmizdə bir neçə ildir plastikləri əvəzləyən məhsulların idxalı, istehsalı və satışı ilə bağlı sahibkarlar tərəfindən işlər görülür”.

M.Nəbiyev qeyd edib ki, qadağan olunan birdəfəlik plastik qabları əvəz edən alternativ məhsul istehsalçılarının sayı artır:

"Bir sıra marketlərdə qadağan olunan birdəfəlik plastik məhsulların və qalınlığı 15 mikrona qədər olan polietilen torbaların əvəzləyicilərinin satışının həyata keçirildiyi və artıq müxtəlif şirkətlər tərəfindən alternativlərin istehsalına başlanılır”.