01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xalq Paşinyana qəzəblidir

30.06.2021

Ermənistanda keçirilən parlament seçkilərindən sonra müxalifət "taym-out” götürərək Nikol Paşinyanın addımlarını diqqətlə izləyir.

DM xəbər verir ki, bu barədə erməni politoloq Armen Baqdasaryan bildirib.

Onun sözlərinə görə, əsas diqqət isə yeni hökumətin Qarabağ və sərhəd məsələsində Azərbaycanla hansı şəkildə danışıq aparacağıdır: "Əgər Paşinyan hökuməti Azərbaycana ciddi güzəştə gedəcəksə, müxalifət etiraz aksiyalarına start verəcək”.

Baqdasaryan qeyd edib ki, hər şey xarici siyasətdə gedişatın inkişaf səviyyəsindən asılı olacaq: "Qarabağ məsələsi ətrafında Azərbaycanla imzalanacaq sazişlə bağlı çox şey danışırlar. Nəzərimcə, radikal müxalifət məhz bu səbəbdən pauza götürüb. Gözləntiləri budur ki, Paşinyanın bu istiqamətdə atacağı addımlar erməni tərəfi üçün çox ağır nəticələr verəcək”.

Politoloqun fikrincə, proseslər iki istiqamətdə inkişaf edə bilər: "Birincisi, Qarabağın gələcəyidir. Bu məsələ ilə bağlı danışıqlar mütləq aparılmalıdır. Bunu ATƏT-in Minsk Qrupu da təkidlə tələb edir. Lakin erməni tərəfi, təəssüf ki, burada subyektivliyini itirib. İkinci məsələ isə, Azərbaycanla sülh razılaşmasıdır. Buraya sərhədlərin demarkasiya və delmitasiyası, habelə dəhliz məsələsi daxildir. "Ermənistan” bloku, xüsusən də Robert Köçəryan bu proseslərdən özü üçün uyğun vaxtı gözləyir. Əlverişli şərait yaranan kimi küçə döyüşlərinə başlayacaq. Hazırkı durum fırtınadan öncəki sükuta bənzəyir”.