09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pilotlar arasında eniş davası: "Çıxışda gözləyirəm"

08.08.2018

Türkiyənin Atatürk Hava limanında iki pilot arasındakı mübahisə dava ilə nəticələnib.
"Dövran Media" xəbər verir ki, buna səbəb təyyarələrdən birinin eniş zamanı qaydaları pozmasıdır.
Mübahisə Türk Hava Yollarına məxsus təyyarə eniş meydançasını tərk edərək parklama yerinə keçərkən yaşanıb. Onunla eyni vaxtda Atlas Hava Yollarına məxsus təyyarə enişi tamamladıqdan sonra sürətli şəkildə eniş meydançasını tərk edib. Bu zaman Atlas Globalın pilotu Türk Hava Yolları pilotuna dayanma xəttini keçdiyi ilə bağlı xəbərdarlıq edib. Tərəflər arasında mübahisə yaranır. Pilotlardan birinin "Çıxışda gözləyirəm" sözlərinə digər pilot "Görüşək, canım, görüşək"- deyə, cavab verib.
Rəsmilər hər iki pilotun davranışı və danışığı ilə bağlı araşdırma aparır.