02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Xəzər dənizində hərbi təlimlərə başlayıb

30.06.2021

İranın hərbi dəniz qüvvələri bu gün səhər saatlarında Xəzər dənizində təlimlərə başlayıb.

Bu barədə "Fars” agentliyi məlumat yayıb.

Təlimlərə müxtəlif növ hərbi gəmilərin, çoxsaylı raket sistemlərinin, təyyarələrin, helikopterlərin və pilotsuz uçuş aparatlarının cəlb edildiyi qeyd olunur.

Bundan əlavə, təlimlərdə İranın hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı qruplarının hərəkətləri sınaqdan keçiriləcək.

Qeyd olunur ki, təlimdə iştirak edənlər qarşısında Xəzər dənizinin hərtərəfli təhlükəsizliyinin gücləndirilməsi tapşırığı qoyulub.