01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinin yeni planı

30.06.2021

 Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədi devirmək üçün bir plan hazırlayıb.

DM xəbər verir ki, bu iddia ilə Əsəd rejiminin keçmiş diplomatı Saqr əl-Mülhim çıxış edib

O qeyd edib ki, Rusiya ilə bəzi problemləri olan və Moskvanın tələblərini qarşılamaqda çətinlik çəkən Əsəd Putinlə anlaşmasa, üzünü İrana tutacaq.

Mülhim Suriyada olan ölkələr arasında anlaşma əldə edildiyini və İrana bağlı milis qruplarının təmizlənəcəyini, eyni zamanda Suriyada yeni hökumətin qurulacağının yaxın vaxtda elan ediləcəyini iddia edib. Çıxılmaz durumda qalan Əsəd və ailəsi isə İran, Venesuela və Kubadan sığınacaq istəyəcək:

"İlk olaraq, böhranın həlli üçün rejimin hərbi şurasının yanında siyasi şura qurulacaq və müxalifətdəki bəzi suriyalı səlahiyyətliləri əhatə edəcək müvəqqəti hökumət yaradılacaq".