01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SOCAR-dan AÇIQLAMA

29.06.2021

"İğdır-Naxçıvan boru kəməri layihəsini Türkiyənin BOTAŞ şirkəti inşa edəcək, SOCAR isə bu layihədə birbaşa olaraq iştirak etmir”. 

Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.

O bildirib ki, layihə Türkiyə tərəfindən həyata keçirilir və məlumat mübadiləsi Azərbaycanın Energetika Nazirliyi ilə aparılır:


"Bu Türkiyə və Azərbaycan dövlətlərinin birgə layihəsidir. Ötən il Azərbaycanın Energetika Nazirliyi ilə qarşı tərəf arasında memorandum imzalandı. Daha sonra Türkiyə tərəfi layihələndirmə işlərinə başladı. SOCAR layihə ilə bağlı bəzi işlərdə vasitəçi rolunu oynayır. Türkiyə layihəni işləyib təqdim edib, Azərbaycan tərəfi isə layihəyə baxış keçirməli və öz töhfəsi nə olacaqsa onu müəyyən etməlidir”.

SOCAR rəsmisi qeyd edib ki, hazırda hökumət strukturları tərəfindən bu layihəyə baxılır və hazır olduqda təqdim olunacaq. 

Xatırladaq ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez mətbuata açıqlamasında layihə ilə bağlı texniki məlumatların təsdiqlənməsini gözlədiklərini bildirib. Onun sözlərinə görə, bu təsdiqlər əldə edilən kimi xəttin tikintisinə başlanılacaq.