01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO bununla Kremlə meydan oxudu

29.06.2021

 NATO-nun Qara dənizdə "Sea Breeze” təliminə start verməsi təsadüfi deyil. Son dövrlər Rusiya ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsi və Bayden-Putin görüşünün nəticəsiz qalması Qərbin aktivləşməsinə gətirib çıxarıb.

Bu sözləri politoloq Turab Rzayev NATO-nun Qara dənizdə "Sea Breeze” (Dəniz mehi) təliminə start verməsi haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, "Sea Breeze” təlimləri hər il keçirilsə də, bu il təlimdə ümumilikdə 30 dövlətin 5000 hərbçisi, 32 gəmisi, 40 təyyarə və helikopteri iştirak edir:

"Bu təlimləri mahiyyət etibarilə bu günə qədər keçirilən ən irimiqyaslı təlim hesab etmək olar. Digər tərəfdən, bu təlimi bir neçə ay öncə Rusiya ordusunun Ukrayna sərhədində keçirdiyi genişmiqyaslı hərbi təlimlərə cavab kimi də qiymətləndirmək olar.

NATO-nun Rusiyaya qarşı "Dənizdən-dənizə: Baltik-Qara-Xəzər dənizi" strategiyası var. Təsadüfi deyil ki, alyans bu istiqamətdə bu gün də addımlar atmaqdadır. Misal üçün Bolqarıstan və Rumıniya, həmçinin Türkiyənin vaxtından əvvəl NATO-ya üzv qəbul edilməsinin bir digər səbəbi də Qara dənizə çıxış əldə etmək idi. Bu gün isə Baltikyanı ölkələrlə bu proses baş verir”.